Azərbaycan neçə ölkəyə qaz satır?

22.11.2024

Icma.az bildirir, Manset saytına əsaslanaraq.

Hazırda Azərbaycandan 30-a yaxın ölkəyə neft tədarük olunur, dekabrdan isə qazla təchiz edilən ölkələrin 12-yə çatacaq.

Manset.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov I İstanbul Enerji Forumu çərçivəsində “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasında bildirib.

Nazir enerji əməkdaşlığının bərpa olunan enerji ilə genişləndiyi qeyd edib, artan enerji tələbatını qarşılamaq, iqlim dəyişikliyi ilə mübarizə aparmaq və enerji təhlükəsizliyini gücləndirməklə bağlı müasir enerji çağırışlarının həllində regional və beynəlxalq enerji əməkdaşlığının vacibliyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью