Azərbaycan neft hasilatı ilə bağlı qərar verdi

29.05.2025

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu iclasında gündəlik neft hasilatının 2026-cı ilin sonuna qədər sabit qalması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Energetika Nazirliyindən bildirilib.

Azərbaycanın gündəlik 551 min barrel həcmində olan mövcud xam neft hasilatı kvotası bu dövrdə sabit saxlanılacaq.

İclasda, həmçinin OPEC katibliyinə 2027-ci il üçün “OPEC plus” ölkələri üzrə xam neft hasilatının baza səviyyəsinin müəyyənləşdirilməsi tapşırılıb.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 40-cı iclasının cari ilin 30 noyabr tarixində keçirilməsi razılaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью