“Azərbaycan neft məhsullarının Ermənistana idxalı: “Kommersiya sirridir”

15.12.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan neft məhsullarının Ermənistana idxalı kommersiya sirridir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Gevorq Papoyan 15 dekabrda Milli Assambleyada jurnalistlərlə söhbətində bildirib.

"Təsdiqləyə biləcəyim tək şey budur, başqa heç nə deyə bilmərəm. Bu, kommersiya sirridir", - Papoyan deyib.

Xatırladaq ki, İrəvan və Bakının Azərbaycandan Ermənistana neft və neft məhsullarının ixracını müzakirə etdiyini bildirilir. 8 dekabrda Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Gürcüstanın Azərbaycan neft məhsullarının Ermənistana ilk tranzitinə rüsum tətbiq etməyəcəyini açıqlayıb.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Azərbaycan yanacağının Gürcüstan ərazisindən rüsumsuz tranzitini Tbilisinin sülh prosesinə yönəlmiş jesti kimi qiymətləndirib.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: neft məhsulları Ermənistan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью