Azərbaycan nefti 107 dollara satılır

08.09.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 8 sentyabr, AZƏRTAC

Dünya bazarında Azərbaycan neftinin qiyməti artıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir bareli 3,11 dollar və ya 2,98 faiz bahalaşaraq 107,31 dollar olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью