Azərbaycan nefti 2 dollardan çox ucuzlaşdı

24.11.2026

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünya bazarında Azərbaycan neftinin qiyməti azalıb.

Qaynarinfo xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,12 ABŞ dolları və ya 2,19% azalaraq 94,81 ABŞ dollarına düşüb. Bundan əvvəl Azərbaycan nefti 96,93 ABŞ dollarına ticarət edilmişdi.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 88,74 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,87 ABŞ dolları və ya 2,03% azalaraq 90,11 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью