Azərbaycan nefti bahalaşdı

21.03.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,21 ABŞ dolları və ya 1,7% artaraq 74,02 dollar/barel təşkil edib.

Bu barədə Bakıvaxtı.az-a neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,04 dollar və ya 1,45% bahalaşaraq 72,6 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,14 dollar və ya 2,02% artaraq 57,58 dollar/barelə bərabər olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью