Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 dollara yaxın artıb.
Modern.az xəbər verir kli, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,87 ABŞ dolları və ya 0,81 % artaraq 108,18 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.