Azərbaycan nefti büdcə qiymətinə qayıtdı

10.06.2025

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Yenisabah.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.63 ABŞ dolları və ya 0.90% artaraq 70.79 ABŞ dollarına bərabər olub.

Azərbaycan neftinin əvvəlki qiyməti 70.16 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью