Azərbaycan nefti ucuzlaşıb

07.11.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,63 ABŞ dolları və ya 0,96% azalaraq 64,8 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,43 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью