Azərbaycan nefti yenə bahalaşdı 92 dolları keçdi

28.08.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti cüzi artıb. 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,8 ABŞ dolları və ya 0,87 % artaraq 92,31 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью