Azərbaycan neftində geriləmə davam edir 91 dollara düşdü

27.08.2026

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azeri Light" markalı Azərbaycan neftin qiyməti cüzi azalıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,42 ABŞ dolları və ya 0,46 % azalaraq 91,51 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью