Azərbaycan neftindən rekord bahalaşma: 100 dolları ötdü

23.07.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yenidən yüksəlib.

Modern.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,83 ABŞ dolları və ya 1,85% artaraq 100,56 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.

Xatırladaq ki, "Azeri Light" markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью