Azərbaycan neftinin qiyməti 70 dolları ötüb

07.02.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,93 ABŞ dollar və ya 1,33% artaraq 70,7 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,77 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью