Azərbaycan neftinin qiyməti 70 dolları üstələyib

09.10.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti artıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,21 ABŞ dolları və ya 0,3% artaraq 70,08 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,87 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью