Azərbaycan neftinin qiyməti 75 dolları ötüb

30.11.2024

Azpost saytına istinadən Icma.az xəbər verir.

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,53 dollar və ya 0,7 faiz artaraq 75,37 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью