Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,32 ABŞ dolları və ya 1,39 % artaraq 96,13 ABŞ dolları təşkil edib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 90,32 ABŞ dolları təşkil edib.