Icma.az bildirir, Azpost portalına istinadən.
Dünya bazarında Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşaraq 101 dollardan aşağı düşüb.
“Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 6,56 ABŞ dolları və ya 6,10% azalaraq 100,90 ABŞ dollarına düşüb.
Bundan əvvəl Azərbaycan nefti 107,46 ABŞ dollarına ticarət edilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Post navigationPrevious: Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA