Azərbaycan Nəşriyyatı 2024 cü ildə dövlət büdcəsindən ayrılan vəsaitin hamısını xərcləyib

27.05.2025

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2024-cü ildə "Azərbaycan Nəşriyyatı" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət büdcəsindən nəzərdə tutulmuş 2,4 milyon manat vəsaiti 100 faiz icra edib. SİA xəbər verir ki, bununla bağlı məsələ "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.

Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihədə qeyd edilib ki, bu vəsaitdən "Azərbaycan", "Xalq qəzeti", “Respublika” və "Bakinski raboçi" qəzeti redaksiyaları üzrə qanunvericiliklə müəyyən edilmiş normaya uyğun həcmdə qəzet çapı xərclərinin ödənilməsi üçün istifadə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью