Azərbaycan Niderlanda yeni səfir GÖNDƏRİR

20.12.2024

Icma.az, Modern.az saytına istinadən bildirir.

Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib.

Modern.az xəbrə verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sənədə əsasən, bu vəzifəyə Məmməd Bahəddin oğlu Əhmədzadə təyin edilib.

O, Azərbaycanın Argentinada (2010–2015), Paraqvayda, Boliviyada, Uruqvayda, Çilidə (2011–2015), İtaliyada, Maltada və San-Marinoda olan fövqəladə və səlahiyyətli səfiri (2016–2022) vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Niderlandda səfiri Rəhman Mustafayev 2024-cü ilin oktyabrında vəzifəsindən geri çağırılaraq, Rusiyada Azərbaycanın səfiri vəzifəsinə təyin edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью