Azərbaycan niyə özünün ayaqqabı brendini yarada bilmir? (ŞƏRH) | Icma.az
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Azərbaycanda kifayət qədər keyfiyyətli dərilər istehsal olunur.
Qoyun, iribuynuzlu heyvanların natural dəriləri ilə istehsal olunan ayaqqabıların dünya rəqabətinə dözümlülüyünə inam var.
Azərbaycanda son 20-25 ildə bir çox şirkətlər bununla bağlı çalışıb.
Yadımdadır ki, bir neçə şirkətlər yaranmışdı və onlar regionlarda dəriləri alırdı".
Bunu Qaynarinfo-ya açıqlamasında VI çağırış Milli Məclisinin sabiq deputatı Rüfət Quliyev Azərbaycan istehsalı olan ayaqqabıların Avropa bazarlarına ixracından danışarkən deyib.
Rüfət Quliyevin sözlərinə görə, Azərbaycan istehsalı olan ayaqqabılar dünya bazarına çıxa bilər: "Burada söhbət yüksək formada, yəni fabrik deyil, daha çox əl üsulu ilə istehsal olunan ayaqqabılardan gedir.
Azərbaycan üçün böyük bazar açılır. Nəzərə almaq lazımdır ki, dünya bazarında Türkiyə və başqa ölkələrin istehsalçıları var".
Rüfət Quliyev qeyd edib ki, Azərbaycan artıq istehsal olunan malların brendləşməsinə təkan verməlidir: "Yəni bilinməlidir ki, bu brend Azərbaycanda natural dərilərdən istehsal olunan əl işidir.
Tam oxu
Xəbəri oxu