Azərbaycan nümayəndə heyəti “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirakı edi…
Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AzVision.az QMİ-nin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, Belçika Kralı Filip Əlahəzrətlərinin ali himayəsi ilə və Avropa İnkişaf və Araşdırmalar Akademiyası (EDARA), ISESCO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə Belçika və Avropada “2025 İslam Dünyası İli” çərçivəsində tədbirlərdə iştirak edən Şeyxülislam Allahşükür Paşazadə martın 7-də “Multikulturalizm modelləri – Münasibətlərin qurulması və sülh şəraitində birgəyaşayış modelləri haqqında düşüncələr” mövzusunda Avropa Konfransında iştirak edib.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Cavanşir Paşazadə və Qüdrət Həsənquliyev, Azərbaycandakı dini konfessiyaların rəhbərləri - Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Azərbaycandakı Katolik icmasının rəhbəri, Roma Katolik Kilsəsinin Apostol prefekti Yepiskop Vladimir Fekete və Alban-Udi icmasının başçısı Robert Mobili, EDARA sədri Brahim Laytuss, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak ediblər.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Konfransda çıxış edib, multikultural dəyərlər ölkəsi Azərbaycan adından xalqımızın, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xeyir-dualarını yetirməkdən şərəf duyduğunu bildirib.
“İslam dünyasının ayrılmaz parçası, tarixən Şərq ilə Qərb arasında körpü rolunu oynayan, müxtəlif sivilzasiyaların bir araya gəldiyi Azərbaycanda bizim multikultural ənənəmiz, həyat tərzimizdir.
Azərbaycan dünyada nadir məkanlardandır ki, müxtəlif din və məzhəb ardıclıları arasında tarixən heç bir qarşıdurma baş verməmişdir, müsəlmanlar, pravoslavlar, yəhudilər, katoliklər və digər dini konfessiyaların ardıcılları cəmiyyətimizin bərabərhüquqlu vətəndaşları olaraq ictimai həyatın bütün sahələrində birgə iştirak edir, ibadətlərini sərbəst həyata keçirirlər", - QMİ-nin sədri vurğulayıb.
Şeyxülislam Allahşükür Paşazadə öz çıxışında Azərbaycanın multikultural həyat modelinin əhəmiyyətinə diqqət çəkib vurğulayıb: “Müstəqil Azərbaycanda dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun bünövrəsində Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi və Prezident İlham Əliyevin müdrik dövlətçilik siyasəti durur.
Azərbaycan Prezidenti multikulturalizmi “Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti” kimi dəyərləndirərək onu dövlət siyasəti səviyyəsində bərqərar etmişdir.
Tam oxu
Xəbəri oxu