Azərbaycan nümayəndə heyəti Həştərxanda Ümummilli Liderin abidəsini ziyarət edib AZƏRTAC

12.12.2024

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Həştərxan, 12 dekabr, Rabil Kətanov, AZƏRTAC

Rusiya Federasiyasının Həştərxan vilayətində səfərdə olan Azərbaycan nümayəndə heyəti dekabrın 12-də xalqımızın Ümummilli Lideri Heydər Əliyevin burada ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndə heyətinin rəhbəri, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Həştərxan vilayətinin vitse-qubernatoru Denis Afanasiyev, Həştərxan şəhər administrasiyasının rəhbəri İqor Redkin, vilayətin xarici əlaqələr üzrə naziri Vladimir Qolovkov və digər rəsmi şəxslər iştirak ediblər.

Sonra nümayəndə heyəti “Əbədi şöhrət alovu” abidəsini ziyarət edib və Ulu Öndər Heydər Əliyevin adını daşıyan Həştərxan şəhər 11 nömrəli orta ümumtəhsil məktəbinin kollektivi ilə görüşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью