Azərbaycan nümayəndə heyəti IBSA nın 45 illik yubileyində iştirak edib

27.09.2026

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Paralimpiya Komitəsinin nümayəndə heyəti Gürcüstanın paytaxtı Tbilisidə Beynəlxalq Gözdən Əlillər İdman Federasiyasının (IBSA) 45 illik yubileyinə həsr olunan tədbirdə iştirak edib.

İdman.Biz xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsini Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əşrəf Qasım və həmin şöbənin baş mütəxəssisi Xəyal Süleymanov təmsil ediblər.

Azərbaycan nümayəndə heyəti, həmçinin sentyabrın 25-dən 27-dək Tbilisidə keçirilən paracüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib.

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью