Azərbaycan nümayəndə heyəti torpaqların konsolidasiyası mövzusuna həsr olunmuş 16 cı LANDN…
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeşt şəhərində Birləşmiş Millətlər Təşkilatının Kənd Təsərrüfatı və Ərzaq Təşkilatı (FAO) tərəfindən təşkil olunmuş 16-cı LANDNET tədbirində iştirak edib.
Tədbirdə əsas müzakirə mövzuları torpaqların konsolidasiyası və torpaq bankçılığının həyata keçirilməsi sahəsində gələcəyə baxış, ailə təsərrüfatları ilə səciyyələnən rəqabətqabiliyyətli kənd təsərrüfatı sektorunun yaradılması, gənclər və qadınlar da daxil olmaqla, hər kəs üçün layiqli yaşayış şəraiti təklif edən dinamik kənd ərazilərinin inkişaf etdirilməsi, həmçinin ölkələrin inkişaf çağırışlarına – xüsusilə iqlim dəyişikliyinə – hazırlığının gücləndirilməsi məsələləri olub.
Tədbirdə torpaqların konsolidasiyası və torpaq bankçılığı üzrə strategiya ətraflı müzakirə olunub.
Həmin strategiya bu iki bir-birini tamamlayan torpaq idarəetmə alətinin tətbiqinə dair geniş siyasət çərçivəsini müəyyənləşdirir.
Strategiyada bu alətlərin mahiyyəti açıqlanır, onların müxtəlif problemlərin həllində necə tətbiq edilə biləcəyi göstərilir və proqram səviyyəsində həyata keçirilməsi üçün zəruri addımların yol xəritəsi təqdim olunur.
Qeyd edək ki, torpaqların konsolidasiyası və torpaq bankçılığı alətlərinin tətbiqində əsas məqsəd – torpaq sahələrinin həddindən artıq parçalanmasının qarşısının alınması və təsərrüfatların orta ölçüsünün artırılması yolu ilə kənd təsərrüfatı strukturunun təkmilləşdirilməsidir.
Bundan əlavə, bu alətlər kənd ərazilərinin inkişafı ilə bağlı digər strateji hədəflərə çatmaq və iqlim dəyişikliyi fonunda yaranan çağırışlara cavab vermək üçün də istifadə edilə bilər.
Tam oxu
Xəbəri oxu