Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 20–22-də Hindistanın paytaxtı Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk Sivilizasiyalararası Dialoq Forumu keçirilir. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak edir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, forumun məqsədi ortaq sivilizasiya irsinin öyrənilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi və mədəniyyətlərarası əməkdaşlığın təşviqidir. Proqramda Hindistanın Baş naziri Narendra Modinin açılış çıxışı, mədəniyyət təqdimatları, sərgilər və tematik müzakirələr yer alır.