“Azərbaycan nümunəvi ev sahibliyi ilə tarixə düşəcək”

16.11.2024

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Artıq 6-cı gündür ki, Azərbaycan dünya, bəşəriyyət, insanlıq üçün olduqca əhəmiyyətli bir tədbirə - COP29-a ev sahibliyi edir. COP29 tədbirindən öncə, hələ tədbirə hazırlıq dövrü Azərbaycanın bundan öncəki digər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyi kimi COP29-a da nümunəvi bir ev sahibliyi ilə tarixə düşəcəyini deməyə əsas verirdi və elə bu 6 gün müşahidə etdiklərimiz, həmçinin dünya liderlərinin, ayrı-ayrı xarici ölkə rəhbərlərinin açıqlamları da bu gözləntilərin tamamilə özünü doğrultduğunu deməyə əsas verir”. Bunu xalqcebhesi.az-a açıqlamasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.

O qeyd edib ki, Polşa prezidenti, həmçinin digər dövlət rəhbərləri də Azərbaycanın COP29-u yüksək səviyyədə təşkil etdiyini bildirib: “Bu deyilənlərlə yanaşı, bir QHT rəhbəri, həmçinin bir vətəndaş, media təmsilçisi kimi biz də bunu görürük. Ölkəmizin bu uğuru, bütün sahələrdə ortaya nümunə qoyması hamımızı sevindirir. Ən əsas da məni o qürurlandırır ki, Azərbaycan ekoloji problemlərə, yaşıl enerjiyə keçid, insanlığın gələcəyini təhdid edən problemlərin aradan qaldırılması məsələsində ön sırada gedərək öz töhfəsini verir”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью