Azərbaycan olduqca məsuliyyətli işin öhdəsindən uğurla gəldi...

15.11.2024

Sia Az saytına istinadən Icma.az xəbər verir.

“COP29-u çox gözəl idarə edən Azərbaycan hökuməti böyük və olduqca məsuliyyətli bir işin öhdəsindən uğurla gəldi. Bütün maddi-texniki işləri və nümayəndə heyətlərinin ehtiyacları təmin olunub. Burada yaradılan şəraitdən çox razıyıq. Azərbaycanı bu tədbirə ev sahibliyi etdiyinə görə alqışlayırıq”.

SİA-nın əldə etdiyi məlumata görə, bu sözləri müsahibəsində İndoneziyanın Ekologiya və Meşə Təsərrüfatı Nazirliyində direktor Yulia Suryanti deyib.

“Biz inkişaf edən ölkəyik, buna görə də iqtisadi inkişaf, yüksək təhsil üçün çalışırıq. Biz, eyni zamanda, iqlim dəyişikliyi səylərinə sadiqik”, - deyə o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью