Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Syerra-Leonenin Fritaun şəhərində “Rəqəmsal dövrdə informasiya dəqiqliyinin müdafiəsi: Dezinformasiya ilə mübarizədə informasiyaya əlçatanlığın rolu” mövzusunda İnformasiya Komissarlarının XVIl Beynəlxalq Konfransı (ICIC XVII) keçirilib.
XQ xəbər verir ki, bu barədə Ombusdmanın Mətbuat Xidməti məlumat yayıb.
Tədbir çərçivəsində 2026–2029-cu illər üçün İnformasiya Komissarlarının Beynəlxalq Konfransının İcraiyyə Komitəsinin yeni tərkibi təsdiqlənib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatı təşkilatın İcraiyyə Komitəsinə üzv seçilib.
Qeyd edək ki, Azərbaycanın Ombudsman təsisatı 2023-cü ildən İnformasiya Komissarlarının Beynəlxalq Konfransının tamhüquqlu üzvüdür.
Azərbaycan Ombudsmanı qanunvericiliyə uyğun olaraq informasiya əldə etmək hüququnun təmini, təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmə və monitorinqlərin aparılması, təhlillərin aparılması istiqamətlərində geniş fəaliyyət həyata keçirməkdədir.