Azərbaycan onu Türkiyəyə təhvil verdi

23.09.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Səkkiz ölkədə saxlanılan və axtarışda olan ümumilikdə 76 nəfər Türkiyəyə ekstradisiya edilib. Onlardan biri Azərbaycanda tutulub.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Gürcüstanda 61, Yunanıstanda və Almaniyada hərəsində 4, Fransada və ABŞ-də hərəsində 2, Böyük Britaniya, Serbiya və Azərbaycanda isə hərəsində bir nəfər saxlanılıb.

Türkiyəyə ekstradisiya olunan şəxslərdən 29-u İnterpolun qırmızı bülleteni ilə beynəlxalq, 47-si isə ölkə səviyyəsində axtarışda olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью