Azərbaycan OPEC Fondu ilə tərəfdaşlığını genişləndirir

14.11.2024

Icma.az, Operativmedia portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan OPEC Fondu ilə tərəfdaşlığını daha da genişləndirmək barədə razılığa gəlib.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında bildirib.

Nazir bildirib ki, OPEC Fondunun prezidenti Əbdülhəmid əl-Xəlifə ilə səmərəli görüş keçirib: “COP29 Sədrliyinin enerji keçidini dəstəkləyən təşəbbüsləri barədə fikir mübadiləsi apardıq. Dənizdə külək enerjisinin inkişafı, “yaşıl enerji dəhlizləri” və “Masdar” şirkəti ilə həyata keçirilən 1 QVt gücündə külək-günəş enerjisi layihələri çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə etdik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью