Azərbaycan Ordusu düşmənin hava hədəflərini belə izləyirdi VİDEO

04.10.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

44 günlük Vətən müharibəsi zamanı radar sistemləri mühüm rol oynayıb. Bu sistemlər hava məkanındakı təhdidləri və hədəfləri müəyyənləşdirərək müvafiq bölmələrə məlumat ötürür, bununla da müdafiənin effektivliyini artırır.
Bizim.Media xəbər verir ki, ordunun "görünməz gözü" hesab edilən radar sistemlərinin maksimal aşkarlama məsafəsi 300 kilometrdir.
 

Bu radiolokasiya stansiyaları vasitəsilə düşmənin helikopterləri, qırıcı təyyarələri və kiçikölçülü pilotsuz uçuş aparatları vaxtında aşkarlanır. Əldə edilən məlumatlar isə zenit-raket komplekslərinə ötürülür.


Vətən müharibəsi zamanı S-300 və digər raket komplekslərinin mövqeləri müəyyənləşdirilib və bu vasitələr zərərsizləşdirilib.
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:

 

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью