Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Qəzzadakı sabitləşdirmə qüvvələrinə hərbi müşahidəçilər, axtarış-xilasetmə və mühəndis-istehkamçı bölmələri göndərə bilər.
Axar.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Məlumata görə, Türkiyənin iştirakı məsələsi bu həftənin sonuna qədər aydınlaşa bilər:
“Bölgədə təhlükəsizliyi təmin edəcək Qəzzadakı qüvvələrə türk qoşunlarının göndərilməsi barədə də söhbətlər ola bilər, lakin çox güman ki, bunu Misir, Pakistan və Azərbaycandan olan kontingentlər edəcək”.