Azərbaycan Ordusu məhv edib: hələ də axtarırlar

31.03.2025

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

44 günlük müharibədə itkin düşən erməni əsgərlərin valideynləri Ermənistan Milli Məclisinə gəliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.

Valideynlərin övladlarının ölülər arasında deyil, dirilər arasında axtarılmasını tələb etməsindən sonra parlamentdə vəziyyət gərginləşib.

Ermənistanın Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan vəziyyətə aydınlıq gətirərək bildirib ki, həssas mövzu müzakirə olunur. O, valideynlərin övladlarının qalıqlarının həqiqətən də onlara təhvil verildiyi və oğullarının axtarışı üçün hər şey edildiyinə dair əminliyini vurğulayıb.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью