Azərbaycan Ordusuna aid hərbi avtomobil aşdı

02.06.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bərdədə yük avtomobili aşıb.

Oxu.Az-ın "Teleqraf"a istinadən xəbərinə görə, hadisə rayonun Mirzalıbəyli kəndi ərazisində qeydə alınıb.

Yük maşını hərəkətdə olarkən qarşısına minik avtomobili çıxıb. Yük avtomobilinin sürücüsü minik avtomobilini vurmamaq üçün maşını yol kənarına çəkməyə çalışıb. Nəticədə hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq, yol kənarına aşıb.

Bildirilir ki, "Kamaz" markalı avtomobil Azərbaycan Ordusuna aid olub.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma başlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью