Azərbaycan Ordusunda hərbi qulluqçular arasında atletika yarışları keçirilib

11.10.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 11 oktyabr, AZƏRTAC

2025-ci il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda hərbi qulluqçular arasında atletika yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına Hərbi İnstitutda keçirilən yarışlarda 9 komanda müxtəlif məsafələrə qaçış, uzunluğa və hündürlüyə tullanma, eləcə də estafet yarışlarında mübarizə aparıb.

Yarışlarda hərbi qulluqçuların topladıqları xallara uyğun olaraq hakimlər tərəfindən fərdi və komandalar üzrə qaliblər müəyyən edilib.

Qalib komandaya və fərdi nəticələrə görə ilk üç yeri tutan hərbi qulluqçulara kubok, fəxri fərman və medallar təqdim olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью