Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır. Cari ilin hazırlıq planına əsasən, 8 Noyabr - Zəfər Gününün dördüncü ildönümü ilə əl
Redaktor.az xəbər verir ki, hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edərək Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarım
Mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda şəhid olan vətəndaşlarımızın xatirələrinə bir dəqi
Silsilə tədbirlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyə
Hərbi qulluqçularımızın təşəbbüsünə uyğun olaraq, müxtəlif bölgələrdə şəhidlərimizin xatirələrinə ağaclar əkilib, abadlıq işləri aparılıb.
Tədbirlər çərçivəsində şəxsi heyətə qələbə əzminin və döyüş ruhunun təbliği, Vətənə və dövlətə sədaqət amillərinin aşılanması məqsədilə dəyirmi masalar keçirilib, döyüş əməliyyatlarında qələbəmizlə bağlı geniş söhbətlər aparılıb.
Vətən müharibəsinə həsr olunmuş sənədli filmlər və videoçarxların nümayişi, həmçinin hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri ədəbi-bədii kompozisiyalar, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən maraqla qarşılanıb.
Keçirilən tədbirlərdə əsas diqqət şəxsi heyətin estetik zövqlərinin inkişafına və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə yönəldilmişdir.