Azərbaycan Ordusunda Zəfər Günü qeyd edilib FOTOLAR | Icma.az
Icma.az, Azvision portalına istinadən məlumat verir. Bu barədə AzVision.az -a Müdafiə Nazirliyinin (MN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hərbi qulluqçular Şəhidlər xiyabanlarını ziyarət edərək Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı
Mərasimlərdə Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda şəhid olan vətəndaşların xatirələrinə bir dəqiqəlik sükut
Silsilə tədbirlərdə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyə
Hərbi qulluqçuların təşəbbüsünə uyğun olaraq, müxtəlif bölgələrdə şəhidlərin xatirələrinə ağaclar əkilib, abadlıq işləri aparılıb.
Tədbirlər çərçivəsində şəxsi heyətə qələbə əzminin və döyüş ruhunun təbliği, Vətənə və dövlətə sədaqət amillərinin aşılanması məqsədilə dəyirmi masalar keçirilib, döyüş əməliyyatlarında Azərbaycanın qələbəsi ilə bağlı geniş söhbətlər aparılıb.
Vətən müharibəsinə həsr olunmuş sənədli filmlər və videoçarxların nümayişi, həmçinin hərbi orkestrlərin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, yerli mədəniyyət və incəsənət nümayəndələrinin təqdim etdikləri ədəbi-bədii kompozisiyalar, mədəni-kütləvi və digər tədbirlər şəxsi heyət tərəfindən maraqla qarşılanıb.
Keçirilən tədbirlərdə əsas diqqət şəxsi heyətin estetik zövqlərinin inkişafına və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə yönəldilib.
Tam oxu
Xəbəri oxu