Azərbaycan Ordusunun Baş Qərargah rəisi türkiyəli professorla görüşüb

20.04.2026

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək gül dəstələri qoyub, xatirələrini ehtiramla yad ediblər.

Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə qonaqları salamlayan general-polkovnik K. Vəliyev Azərbaycan-Türkiyə münasibətlərinin tarixi köklərə söykəndiyini vurğulayaraq, bu əlaqələrin digər sahələrdə olduğu kimi hərbi təhsil sahəsində də inkişafının vacibliyini qeyd edib.

Bildirilib ki, hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsi hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayır. Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən professor T. Canbolat hərbi təhsil sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Görüşdə hərbi təhsil sahəsində görülən birgə işlərin cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra mövzulara dair geniş fikir mübadiləsi aparılıb.

Mətləb

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Siyasət

Mənəvi-əxlaqi dəyərlərdən uzaq olan ünsürlərin qarayaxmaları onların daxili xislətini ortaya qoyur - Vüqar Rəhimzadə

Siyasət

“Bu görüş möhkəm sarsılmaz birliyimizin növbəti bariz nümunəsi oldu” - ŞƏRH EDİLDİ

Siyasət

Azərbaycan XİN Belçika və Niderland səfirlərinə kəskin etiraz bildirib

Siyasət

Ceyhun Bayramov BMT rəsmisi ilə Azərbaycanın beynəlxalq rolunu müzakirə edib

Siyasət

"İlham Əliyevin kadr siyasəti institusional sabitliyə əsaslanır" - MÖVQE

Siyasət

Azərbaycan və Laos arasında əməkdaşlıq perspektivi müzakirə edilib

Siyasət

"Müharibədən qaçınma siyasəti davam edir" - ŞƏRH EDİLDİ

Siyasət

“Sülh olmadan inkişaf mümkün deyil, etimad və dialoq əsas şərtdir” - DEPUTAT DANIŞDI

Siyasət

İran: ABŞ ilə ikinci tur danışıqlar planı yoxdur

Siyasət

“İki qardaş ölkənin liderlərinin görüşü gələcək inkişaf üçün geniş perspektivlər açır” - DEPUTAT DANIŞDI

Siyasət

"Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanın humanitar diplomatiyasını gücləndirir" - DEPUTAT DANIŞDI

Siyasət

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью