Azərbaycan Ordusunun döyüş mövqelərindəki son vəziyyət açıqlandı

23.02.2025

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Ordusunun, xüsusilə dağlıq, çətin relyef və iqlim şəraitli ərazilərdə dislokasiya olunmuş bölmələrinin təminat məsələlərinə ciddi nəzarət edilir.

Gununsesi.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, ordunun dayaq məntəqələri və döyüş mövqelərində bütün növ ehtiyatlar yaradılıb.

“Şəxsi heyətin gündəlik xidməti fəaliyyəti zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, eləcə də ölkəmizdə qış aylarında havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarından qorunması ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilib”, – Müdafiə Nazirliyindən bildirilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью