Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Ordusunun hərbçisi yol-nəqliyyat hadisəsində həlak olub.
"AzPolitika" "Unikal"a istinadən xəbər verir ki, hadisə sentyabrın 18-də Füzuli rayonun Mirzəcamallı kəndi ərazisində baş verib.
Belə ki, hərəkətdə olan "Mercedes" markalı maşın yolun kənarına aşıb.
Nəticədə avtomobildə olan sərnişin, 1991-ci il təvəllüdlü müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) Etibar Abbasov hadisə yerində həyatını itirib.