Azərbaycan Ordusunun hərbçisi İngiltərədə təltif edilib

19.12.2024

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Sənan Əsədov İngiltərənin Sandhurst Kral Hərbi Akademiyasında keçirilən "Kiçik zabitlərin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi kursu”nu müvəffəqiyyətlə başa vurub.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycanın hərbi qulluqçusu təhsildə qazandığı yüksək nailiyyətə görə təltif edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью