Azərbaycan Ordusunun hərbçisi MİNAYA DÜŞDÜ

10.11.2024

Icma.az bildirir, Lent az portalına istinadən.

Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, minaya düşərək xəsarət alan hərbi qulluqçu İbrahimov Qədim Xaliq oğludur.

Nazirlik qeyd edib ki, hərbi qulluqçu dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью