Azərbaycan Ordusunun hərbçisi MİNAYA DÜŞDÜ YENİLƏNİB

11.11.2024

Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Minaya düşərək sağ ayağının pəncə nahiyəsindən ağır xəsarət alan 1995-ci il təvəllüdlü Qədim İbrahimov bu gün Bakıda yerləşən klinikalardan birində əməliyyat olunacaq.

Onun pəncəsinin amputasiya olunmasına qərar verilib.

***

saat 20:17

Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Müdafiə Nazirliyindən Lent.az-a bildirilib ki, minaya düşərək xəsarət alan hərbi qulluqçu İbrahimov Qədim Xaliq oğludur.

Nazirlik qeyd edib ki, hərbi qulluqçu dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью