Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşərək xəsarət alıb | Icma.az
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Noyabrın 10-da Goranboy rayonunun Gülüstan kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən əvvəlcədən basdırılmış piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Ölkə.az xəbər verir ki, Müdafiə Nazirliyindən bildirilib ki, minaya düşərək xəsarət alan hərbi qulluqçu İbrahimov Qədim Xaliq oğludur.
Nazirlik qeyd edib ki, hərbi qulluqçu dərhal yaxınlıqdakı hərbi tibb məntəqəsinə təxliyə edilib. Vəziyyəti kafidir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu