Azərbaycan Ordusunun hərbi qulluqçusu piyada əleyhinə minaya düşüb AZƏRTAC

20.12.2024

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 dekabr, AZƏRTAC

Dekabrın 20-də saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью