Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat etdi KONKRET

20.11.2024

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.

Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью