Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. "Orta Dəhliz marşrutu ilə yük dövriyyəsi sürətlə artır".
APA-nın yerli bürosu xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.
O, 2022-ci ildə Çindən yalnız bir-iki konteyner qatarının göndərildiyini, ötən ildə isə onların sayının 18-ə yüksəldiyini bildirib.
“Bu ilin ilk doqquz ayında biz artıq təxminən 290 qatar qəbul etmişik.
İlin sonuna qədər Azərbaycan ərazisindən 400 konteyner qatarının keçəcəyini gözləyirik.
Əvvəllər yüklərin Qazaxıstan-Çin sərhədindən Batumiyə qədər çatdırılması üçün 53 gün tələb olunurdusa, hazırda cəmi 18 gün kifayət edir.
Məqsədimiz yüklərin həcmini üç dəfə artırmaqdır”, - nazir deyib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.