Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Araşdırma: Gülnar Əhmədli, Banco.az
Qarşıdan Yeni il gəlir. Bayram tətili olduğu üçün insanlar istirahət üçün müxtəlif rayonlara üz tuturlar. Bu səbəblə bölgələrimizdə yerləşən otellərin qiymətlərini araşdırdıq.
Araşdırdığımız otellər arasında bayram paketlərinin qiymətləri 740 manatdan başlayır. Bu qiymət 2 nəfər üçün (2 nəfərlik) otaqların başlanğıc qiymətidir. Qiymətlər 2 gecə 3 gün üçün nəzərdə tutulub.
Ən yüksək qiymət isə 2800 manatla Pik Palace-dadır.
Otellərin bu qiymətə daxil etdiyi xidmətlərə Qala Şam yeməyi, səhər yeməyi, günorta yeməyi, axşam yeməyi, müxtəlif əyləncə proqramları, məşhur qonaqlar, uşaqlar üçün xüsusi oyunlar, əyləncələr, SPA xidmətləri və s. daxildir.
Daha ətraflı məlumatı infoqrafikdən əldə edə bilərsiniz. Onu da qeyd edək ki, otellərdə qiymətlər doluluqdan asılı olaraq dəyişə bilər. Bu səbəblə hazırda təklif edilən başlanğıc qiymətə bir neçə gün sonra otaq tapmaya bilərsiniz. Odur ki, öncədən rezerv etmənizi məsləhət görürük. Həmçinin əlavə edək ki, otellərin təklif etdiyi xidmətləri ümumi olaraq qeyd etmişik. Qiymətə daxil edilən bütün xidmətləri otellə əlaqə saxlayaraq öyrənə bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!