Azərbaycan ötən ay mobil internetin sürətinə görə 1 pillə irəliləyib

16.12.2025

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin noyabr ayında Azərbaycan mobil internetin sürətinə görə 103 ölkə arasında 83,37 MB/S sürətlə 52-ci yerdə qərarlaşıb. Azərbaycan oktyabr ayı ilə müqayisədə mövqeyində 1 pillə irəliləyib.

Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 154 ölkə arasında 85-ci yerdə qərarlaşıb. Burada isə Azərbaycan mövqeyində 1 pillə geriləyib.

Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 86,15 MB/S olub.

Ən yüksək faiz verən depozit hansı bankdadır?

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью