Azərbaycan ötən il aviadaşımalardan 5 milyard manata yaxın gəlir əldə edib | Icma.az
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
2024-cü ildə Azərbaycanın hava nəqliyyatı ilə yük və sərnişin daşımalarından əldə etdiyi gəlirləri 4 milyard 756,4 milyon manat təşkil edib.Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.Bildirilib ki, bu da 2023-cü illə müqayisədə 31,2 % çoxdur.Eyni zamanda, yük daşımalarından əldə edilən gəlir 2 milyard 657,35 milyon manat (+23,5 %) təşkil edib.
Bunun da 2 milyard 655,893 milyon manatı beynəlxalq reyslərin payına düşüb.
Daxili daşımalardan əldə olunan gəlir isə 1,3 % azalaraq 1,457 milyon manat olub.Sərnişin aviadaşımaları 2 milyard 99 milyon manat gəlir gətirib ki, bu da əvvəlki illə müqayisədə 42,4 % çoxdur.
Bu məbləğin 2 milyard 39,555 milyon manatını beynəlxalq reyslər, 59,445 milyon manatını isə daxili reyslər təmin edib.
Ötən ildə hava nəqliyyatı ilə 418,8 min ton yük (+17,2 %) və 4,04 milyon sərnişin (+38,9 %) daşınıb.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu